31 may, 2024

Bu gün italyan mətbəxinin ən ləzzətli şirniyyatlarından olan tiramisu hazırlayırıq. Paylaşımı yadda saxlayın ki, dadlı şirniyyat axtarışında olduğunuz zaman dərhal dadınıza çatsın.
 

Hazırlanma qaydası

İnqrediyentlər hazırdırsa, tiramisunu necə hazırlayacağımıza keçək:
Əvvəlcə kremi hazırlayın. Şəkər tozu, süd, un və yumurta sarısını bir qabın içinə töküb ocağın üzərinə qoyun. Orta dərəcədə dayanmadan qarışdırın və qatılaşana qədər bişirin. Kremi soyuduqdan sonra içinə labne pendirini də qatıb mikserlə çırpın.
Keksin digər qatını da qəhvə qarışığı ilə isladın və çevirərək kremli qatın üzərinə qoyun. Qalan kremi də tiramisunun üzərinə əlavə edin və kakao ilə bəzəyin. Soyuducuda 1-2 saat saxladıqdan sonra dadına baxa bilərsiniz.

Nuş olsun!