Bu gün sizə isti yay günlərində sərinləmək üçün buzlu qəhvə reseptini təqdim edirik:
Tərkibi:
1,5 qaşıq "Coffee`Njoy Gold"
İstəyə görə şəkər
4-5 qaşıq su
Soyuq süd
1-2 ədəd buz
Servis üçün:
Vanilinli dondurma
Hazırlanma qaydası
Bir qarışdırıcıya "Coffee`Njoy Gold", şəkər və su qoyularaq ən azı 30 saniyə çalxalayın. Çalxaladıqdan sonra krem qatılığında bir qarışıq alınacaq. Uzun bir şüşə stəkanın dibinə 1-2 ədəd buz qoyun, üzərinə hazırladığınız qarışığı tökün. Daha sonra bu qarışığın üzərinə soyuq süd əlavə edin. Ən son üzərinə dondurma və ya krem əlavə edərək servis edin.
Nuş olsun!