Bu gün sizi daha bir qəhvəli şirniyyat resepti ilə tanış edəcəyik. Qarşılayın, şokoladlı qəhvə deserti — “Cupcake”
Hazırlanma qaydası
Hazırlamaq üçün:
Sobanı 170 dərəcə qızdırın. Duz, soda, qabartma tozu, kakao, şəkər və unu böyük bir qaba qoyub qarışdırın. Şokolad parçalarını əlavə edin. Yumurtanı başqa bir qabda çırpın. Başqa bir qabda vanili, yağı və qəhvəni qarışdırın. Bütün məhlulu bir konteynerə tökün. Qarışığı qəliblərə tökün. 20 dəqiqə bişirin. Formadan çıxarmazdan əvvəl soyumasını gözləyin.
Nuş olsun!