"Gəlin birlikdə Qaçaq" şüarı altında 5 km məsafəyə yarış keçirildi. 12 mart Dənizkənarı Milli Parkda (Dəniz Mall) Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı, VTB Bank, FChain Corporation şirkəti, iRobot, Azersun Holdinq, “Coffee'nJOY” və Azerçay brendlerinin, Redbull, Baku Marathon Club və Race.az komandasının dəstəyi ilə ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Gəlin birlikdə Qaçaq" şüarı altında 5 km məsafəyə yarış keçirilmişdir. Yarışda 100-ə yaxın iştirakçı var idi. Məqsədimiz sağlam həyat tərzini təbliğ etmək və idmanın inkişafına töhfə verməkdir. Yarışda iştirakçılar kişi və qadın (ümumi), 40-50 yaş, 50-60 yaş, 60+ yaş, veteranlar kateqoriyalarına görə yarışmışlar, sonda isə qaliblər sponsorlar tərəfindən hədiyyələrlə mükafatlandırılıblar.