27 fevral, 2023

Texnologiya, əyləncə və dizaynı özündə birləşdirən, dünya üzrə məşhur olan TEDx konfransları Coffee'nJOY-un baş sponsorluğu ilə 12 fevral tarixində Sumqayıt şəhərində keçirildi. Tədbirin mövzusu "Kintsugi- yeni nəfəs fəlsəfəsi" idi. Əsas məqsədi bir-birindən maraqlı spikerlər və mövzuları ilə iştirakçıları maarifləndirmək, insanları şəxsi inkişafa yönəltmək olan tədbir boyu qatılanlara ödənişsiz dadımlar təqdim edildi.