30 may, 2023

“Coffee`nJOY” markası “YayLand Fest” yarmarkasında! Mayın 1-dən etibarən Fəvvarələr meydanında “YayLand Fest” xeyriyyə yarmarkası qapılarını Bakı sakinləri və qonaqları üçün açıq elan etdi. “Coffee`nJOY” markası da “Nərgiz” fondunun təşkilatçılığı ilə keçirilən və 15 iyun tarixinədək davam edəcək “YayLand Fest” yarmarkasında iştirak edir və yarmarka iştirakçılarını, təmənnasız olaraq ləziz qəhvə içməyə dəvət edir.