4 fevral tarixində “Elektra Events Hall”da Türkiyənin ən sevilən qruplarından olan “Madrigal”ın möhtəşəm konserti baş tutdu. Baş sponsoru olduğumuz konsertdə “Elektra Events Hall”un qarşısında gözləyən ziyarətçilərə ləzzətli qəhvələrimizi pulsuz olaraq təqdim etdik. Konsertdə möhtəşəm qrupun canlı performansı musiqi ziyarətçilərinə unudulmaz bir axşam, yüksək enerji bəxş etdi.